Biz sizə xəbər gətirdik

Peronews.azersayt.com

Səhifələr: [1] [2] [3] [4]

4Şərh
Tarixi məqamlar silsiləsindən (II)

Və ya əsl demokrat

Tarix - öyrənənlər üçün məktəb, öyrədənlər üçün bir siyasətdir. Bugünki tariximizdə müzakirə olunası bir çox məqamlar var. İstər ədəbiyyat sahəsindəki şəxsiyyətlərimiz, istərsə də aləmdə söz sahibi olmuşlar bizə öyrəniləsi bir çox şeyi miras saxlayıblar.

Tarix adlı kitabın hansı səhifəsinin düz, hansının yalan olduğunu məhz tarix özü ayırd edəcək. O, bir dəniz kimidir. Özündə artıq heç nə saxlamaz. Vaxtı, vədəsi yetişəndə hər şeyi tam aydınlığıyla ortaya qoyar. Necə ki, Sovet hakimiyyəti illərində Müsavat hökümətinin dövrü, Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin illəri tarix səhifələrindən çıxarılmışdı. İllər ötdü və həqiqət layiqli adına qovuşdu.

Yazını xeber24.com saytında da oxuya bilərsiniz.

Ardı»



2Şərh
Həyatın qələmlə yazılmış səhifələri

Xeyir – dua

Sərin yaz gecəsində eşidilən musiqi səsi. İnsanları ətrafına toplamağı bacarırdı. Bir ağızdan “onu dinləyirəm” deyə, gileylənirdilər. Hamı ağlasa da, sevirdilər bunu. Kimisi “sevinc gözyaşı” deyə, acizliyini ört – basdır etməyə mahirlik edirdi. Ağlamaq gözəldir, süzülən gözyaşları var ikən. Təsəlli gözəldir, gerçəklik xülyalardan keçən yolda unudulmuş həqiqətdirsə.

Ardı»



1Şərh
Həqiqətlə və arzu

Gecəyə aparan yol yorucu gündüzdən keçər. Darıxdırıcı, cansıxıcı gündüzdən...
Günəşin batışını izlədikcə, sən doğulursan içimdə. Kəlmə - kəlmə, sətir – sətir. Səni görürəm. Sığmırsan sinəmə.çırpınırsan içimdə, atılırsan dünyaya. İnsanlara baxırsan, körpə kimi diksinirsən onlardan. Peşman olursan gəlişinə. Barışırsan bu acı həqiqətlə. Suyu süzülmüş halda məndən də aralanırsan. Səkilərdə addımlayırsan. Heç kimə və heç nəyə nəzər salmadan.

Ardı»



2Şərh
Tarixi məqamlar silsiləsindən - Giriş əvəzi

Allah insanları heç nəsiz yaradır bu dünyada. Amma köçüb gedəndə maddi iki – üç mertlik ağ bezdən başqa, nəsə aparanlar da tapılır. Sonuncu aparılan maddi varlıqdan ayrılaraq, mənəvi imkana çevrilir. İnsanın bu dünyadan qazandığı və ömürboyu mənəvi sərvət kimi daşıdığı ad – sanı var. Belə insanları biz ətrafımızda görə bilərikmi sualını vermək yerinə düşər. Bunun ilk cavabı isə belədir: mühit və yaranmış tarixi şəraitdən çox şey asılıdır. Yaranmış situasiyadan baş çıxarmaq bacarığı isə mütləqdir.
Yazını xeber24.com saytında da oxuya bilərsiniz.

Ardı»



6Şərh
İki türk atası

Mustafa Kamal Atatürk!

Türk dövlətinin qurucusu, Türk millətinin xilaskarı...Türkün şümər ərliyini özündə yaşadan və bunu bütün dünyaya isbat edən bir türk atasıdır. Mən Atatürk dedikdə, Babək hünərli, Koroğlu qüdrətli, türk qeyrətli millətçi bir qəhrəman görürəm. Mənə görə millətçi tək millətini sevən və milləti üçün qəhrəmanlıq edən kəs deyil. Eyni zamanda, milli mənəvi dəyərlərini qoruyan, keçmişini gələcəyə daşıyan, adət - ənənəsinə sayğıyla baş əyən, öz soykökü üstə tarın muğama kökləndiyi kimi köklənən bir kəs deməkdir. Mustafa Kamal sadəcə millətçi, vətənpərvər qəhrəman deyildi. O həm də türk atası – Atatürk idi.

Ardı»



0Şərh
Terezi.azersayt.com

Müxtəlif səpkili yazılara, sözün dəyərini alnamağa ən yaxşı bloglardan biri. Sizləri bu blogda görməyə tələsirik. Terezi.azersayt.com - da siz ruhunuza və qəlbinizə yaxın sözlər və yazılarla rastlaşacaqsınız. Buyurun, ziyarət edin!

Unutmayın, Məqsədimiz sizə xidmət etməkdir !!!

Ardı»



2Şərh
Azərbaycanın ilk "daycest" portalı

İnformasiyaya olan təlabatınızı daim yeniləşən www.xeber24.com sayəsində təmin edin. 24 saat yeni xəbərin ünvanı sayılan www.xeber24.com - un ən böyük özəlliyi Azərbaycanın bütün xəbər saytlarını bir ünvanda toplamasıdır. Biz sizə xəbərin ən yaxşısını gətirdik.

Unutmayın, Məqsədimiz Sizə xidmət etməkdir

Ardı»



0Şərh
Virtual aləmdə YENİ ünvanlar

Hər gün yeniləşən virtual aləmə daha iki ad əlavə olunub. Bunlar sizi hər cürə xəbərlərlə təmin edəcək ünvanlardır. Ümid edirik ki, bu saytlardan istifadə etməklə sizə lazım olan informasiyanı əldə edəcəksiniz.

Peronews.azersayt.com

xeberal.com

Unutmayın, Məqsədimiz sizə xidmət etməkdir...

Ardı»



3Şərh
Həyat işığı

Heç vaxt öyrəşə bilməmişəm ki, gözümə işıq düşəndə rahat yatım. Gözlərimi yumsam da, bu dəfəki işıq sanki gözlərimlə pərdəsi arasında nur saçırdı. Amma nədənsə bu nura sevinməkdən, əksinə, qəzəblənirdim. Belə bir sakit gecədə bu cür narahatlıq heç ürəyimdən deyildi...

Yatdığımı düşünürdüm,nədənsə, amma beynim oyaq idi. ətrafımda sakitlik olduğundan qulağıma dinclik vermişdim. Bəlkə də qulaqlarım mənə ram olmayıb kar olmuşdular. Bütün bunlarla paralel sinəmin sol tərəfindən küt sancının məni incitdiyini hiss etməyə başlayırdım. Bunun nə olduğunu anlamırdım. Görünür, çox zəif idim o an. Sancımı nə olduğunu anlamasam da, işığın məni narahat etdiyini çox yaxşı anlayırdım. Onun məni rahat buraxmadığından hiylə işlətməyi düşündüm. Bu dəfə mən onu narahat etməyə başladım. Ona mənalar verirdim öz – özlüyümdə. Başladım onu bənzətməyə...

Ardı»



6Şərh
De ki, unutmadın o musiqini

Pianonun dilləri zərif barmaqların altında boyun əyirdi...

Həzin melodiya çalınır. Sənsə boynunu büküb ona qulaq asırsan. Yaşayırsan onu...Nə düşündüyünü tam ayırd edə bilmərəm. Bəlkə də bu musiqi səni yaxın keçmişə qonaq aparır. Bəlkə, elə dünəndəsən. Əlindən tutmusan sənə əziz olanın... Sanki səndən qopacağını təxmin etmişdin. Budur, barmaqlarını oynadırsan barmaqlarında. Sənin idi onlar dünən bu vaxtı. Onlar balıq kimi sürüşüb çıxmaq istəyirdi əllərindən. Sənsə buraxmırdın o balığı dəryaya qovuşsun. Axı, bilirdin, bu dəryadan qurtuluş yoxdur.

Ardı»



5Şərh
Buraxın, mən gedim göylərə sarı...

Qələmini kökləmişdi yazmağa. Nədən və kimdən yazdığı naməlum idi. Təbi cuşa gəlirdi həmin saatda. Saatlarsa tənhalaşırdı o yazdıqca. Yorulmuşdu təkrar mövzulardan. Xeyli vaxt olardı ki, qələm tutmamışdı əlində. Qələmin diyircəyi yazdıqca şair itirdi xəyallarda. Sanki vərəqə hopurdu istəkləri. Susurdu saatlar, susurdu zaman. Nə bir xışıltı duyulur, nə də pıçıltı. Sükuta qərq olurdu onun otağı. Şair qələminə aşıq olurdu. Baxmırdı əvvəlki misralarına. Duyurdu onlardakı çırpıntıları. Sanki bu misraları əzbər bilirdi. Məhz bu gecə onu yaşadan misralara qonaq olmuşdu.

Kədərin içində qara bir kölgə

Dərdimin qapısı dağ kimi yeklə

Bəxtimin qapısı açıla bəlkə

Mənə döymək üçün bir qapı verin!

Ardı»



5Şərh
İbrət yuxusu

Saat yeddi oldu. Zəngin səsinə yerindən dik atıldı. Cəld əl – üzünü yuyub mətbəxə keçdi. Səhər yeməyinin hazırlığını gördü. Yarım saata həyat yoldaşını oyadıb işə yola salacaqdı...

“Çay dəmlədib süfrəni hazırladı. Divardakı saata baxıb yataq otağına keçdi. Həyat yoldaşı yorğana elə bürünmüşdü ki, elə bil, yuxuda kimsə yorğanı əlindən almaq istəyir. Ərinin səsinə ayıldı. İşə getmək vaxtı çatmışdı. Bir təhər ayağa qalxıb yuyunmaq üçün hamama üz tutdu. Dünənki dost məclisində olanlardan sonra bu gün başı çox ağrayırdı. İçkinin təsiri getsə də, özündən sonra küt ağrı qoymuşdu. Rəfiqələri ilə şəhərin ən dəbdə olan restoranlarının birində kef məclisində olmuşdu. İndi idə bu halda işə getmək məcburiyyətində idi...

Ardı»



1Şərh
27 İL HAKİMİYYƏTDƏ...

Dünyanın ən qədim yaşayış yerlərindən biri kimi tanınan Çin mədəniyyət mərkəzlərindən biri olub, həm də bəşər övladının yaşayışı, inkişafı üçün zəruri olan bir sıra kəşflərin məskəni sayılır. Kağızın da, barıtın da... məhz burada icad olunduğu söylənir. Bundan başqa, ilk ibtidai dövlətçilik ənənələrinin təşəkkül tapdığı yerlərdən biri də Çin ərazisidir. Dünyanın ən möhtəşəm sərkərdələrindən, xaqanlarından sayılan Çingiz xanın yaratdığı nəhəng imperiyanıın hüdudları bu yerləri də əhatə edirdi. Dünyanın arxitektura möcüzələrindən biri sayılan Çin səddi çinlilərin fəxri sayılır. İndi elə bir şəxs tapmaq olmaz ki, heç olmasa bu möcüzənin adını eşitməmiş olsun.

Çinin 20-ci əsr tarixinə Çin səddi qədər məhşur olan bir ad da daxil oldu - Mao Tszedun. Çoxları üçün o, yalnız bir diktator, hüdudsuz hakimiyyətə malik adam, digərləri üçün müasir Çinin baş arxitektoru, böyük dövlət xadimi, bir başqa insanlar üçün hakimiyyət hərisi, yaxud hiyləgərlik istedadına malik adam... idi. Hətta onu çinlilərin cəlladı adlandıranlar da az deyil. Amma bütün bu obyektiv və qeyri-obyektiv yanaşmalara baxmayaraq bu adam adını nəinki Çinin, hətta dünya tarixinə yaza bilib.

Ardı»



1Şərh
Comaqlı muğam

Hər dəfə köhnə maqnitafonun ətrafına toplaşıb muğama qulaq asmağım yaddaşımda şirin yuxu kimi həkk olumub. Nənəmin uzun comağının qorxusundan gizlən – qaçımızı yarımcıq qoyub yay tətilini nənə - babanın, geniş kənd evində keçirmək üçün bura gəlmiş nəvələr yığışırdı bir yerə. Babamın bizə bığaltı gülüşü, anamızın nənəyə haqq qazandırması biz nəvələri nəzə hakimmiyyətinə qarşı qiyama belə qaldırardı. Amma nənəmizin əlində hamımızın çəkindiyi uzun comağı var idi. Halbuki, nəvələrin heç biri onun qəzəbinə tuş gəlməmişdi. Nəhayət, nənəmin “Susun və dinməz musiqiyə qulaq asın!” əmri turşumuş sifətlərə bir az da zəhər qatdı. Hər gün bir saat davam edən bu proses nəvələri sözün həqiqi mənasında ağladardı. Amma uzun comağın göydə, özü də nənəmin əlində hərəkətə gəlişi bu ağlaşmanı o dəqiqə kəsirdi.

Ardı»



1Şərh
18 illik QAN YADDAŞI

Şəhidlərə Rəhmət oxumazlar...

Xocalı soyqırımı: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri Xankəndidə yerləşdirilmiş Rusiyaya aid 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edib. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağırzirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə, şəhərdə yanğınlar baş verib və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalan, təqribən, 2500 nəfər əhali yaxınlıqda, azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olublar. Ancaq bu niyyət baş tutmayıb. Xocalıda XX əsrin ən böyük faciələrindən biri baş verib. Əsas tərkibi milliyyətcə erməni olan həmin alay yerli əhalini amansızcasına qətlə yetirib, qadınları və az yaşlı uşaqları öldürüb. Bu faktlar mərhum telerepartyor Çingiz Mustafayevin çəkdiyi lentlərlə, sənəd və fotoşəkillərlə bir daha sübut olunub.

Ardı»



 

Bütün hüquqları qorunur və sayt sahibinə məxsusdur.
© 2009  AzerSayt.com
Free Azerbaijanian Weblog Service